XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ.

                    Başın bioenerji ilə diaqnozu.
Baş xəstəlikləri müxtəlif səbəbdən yarana bilər. Ona görə də onu müalicəsini düzgün aparmaq üçün düzgün diaqnoz aparmaq lazımdır. Bunun üçün bioenerji ilə hər bir beyin hüceyrəsini vəziyyətini təyin edə bilirik. Lakin başqa üsullarla başın çox həssas olan hüceyrə və kapilyarlarını öyrənmək çətin olur. Ona görə də biz başqa yaranan xəstəliklərin səbəbini dəqiqləşdirməliyik. Bu səbəblər aşağıdakılar ola bilər: 1.sinir sisteminin gərginliyindən yaranan baş xəstəliyi; 2. soyuqlamadan yaranan xəstəliklər; 3. travmadan yaranan xəstəliklər; 4. müəyyən şişlərdən yaranan xəstəliklər.
Sinir sisteminin gərginliyindən əmələ gələn xəstəliklər. Bu xəstəliklər əsasən-nevrozdan, stresdən, qorxudan və bəzən da travmalardan yaranır. Bu xəstəliklər zamanı başda, boyunda gərginlik özünü göstərir. Bəzi halda isə bu spazma sıxılma formasında olur və əldə gizilti yaradır. Bu cür hallarda müalicə vaxtı əli başın ətrafında bir neçə saniyyə saxlayaraq bədənə gəzdirməli və qısa müddətdə əlimizdə böyük enerji axını yaratmalıyıq. Bu vaxt bizim baş nahiyyəmizə güclü enerqetik gərginlik yaranır. Bunu çox davam edəndə özümüzün başımızın sahələrində kəskin ağrı müşahidə olunur (1-2 gün). Yəni bunu qısa müddətdə aparmaqla özümüzü qorumuş oluruq. Güclü müalicə vaxtı çox vaxt xəstələrdə ağrılar baş verir və onlar narazı qalırlar. Ona görə də xəstələrə demək lazımdır ki, müalicə vaxtı üç gün ərzində ağrılar ola bilər və bu təbiidir.

                     Baş soyuqlamaları.
Baş soyuqlamalarında əsasən ağrılar olur. Ağrılar alın boşluğunda, üzdə, burun boşluğunda iltihab yığılması nəticəsində olur. Bu da müəyyən vaxt keçdikdən sonra başda qarmarit xəstəliyinə gətirib çıxarır. Bəzən bu yıgıntılar daşma-axma yaratdığı üçün rinit xəstəliyi əmələ gətirir. Əllə (biotok) qoyarkən əldə soyuqluq hiss olunur və enerjinin başa güclü axını hiss olunur. Bəzi hallarda isə gicgahda olan üç başlı sinirin soyuqlaması olur ki, bu zaman da yaranan ağrılar adətən soyuq havadan bəzən də maqnit fırtınasından yaranır. Çox vaxt bunu miqrenlə qarişdirirlar. Miqren əslində nevroloji əsasda yaranan beyin sinirinin spazmasından, üç başlı sinirin soyuqlaması yaranır. Bunu biotokla çox gözəl müalicə etmək olar. Bu zaman antibiotik də vermək olar.

                                                   Baş travmaları.
Baş travmaları adətən baş ağrıları ilə müşayət olunur, eyni zamanda həmin adamlarda əsəb gərginliyi, göz zəifliyi, yaddaşsızlıq, yeriyərkən müvazinəti itirmək, halsızlıq halları müşahidə olunur. Travmanın kəskin hallarında isə epilepsiya, sudurqa, ürək keçmə, qıc olma, bəzi hallarda isə aktiv nevroloji gərginlik. Yuxusuzluq, halsızlıq özünü göstərir. Bəzən bu vəziyyət davam etdikdə müəyyən dövr ərzində beyin pozulmasina gətirib çixarir. Çox hallarda baş şişlərinə gətirib çıxarır. Baş xəstəliyinin bu halı çox ağir xəstəlikdir vəbunu müalicə edərkən çox ehtiyatlı yanaşmalı və psixiator həkimlərinin nəzarətində olmalıdır. Nəzarət vaxtı kimyəvi dərmanlardan da istifadə etmək lazımdır. Çünki kəskin hallarda kimyəvi dərmanların qəbulu vacibdir. Müalicə pristub qurtarana qədər davam edir. Bu vaxt adətən xəstəyə vitaminlər, soklar, beyin kalsiumu, süd məhsulları, makro-mikro elementlər, mumiyaların müxtəlif tərkibdə qəbulu, sakitləşdirici nastoykalar, valerian, pustırnik, pion, hər gün təmiz havada bir saat gəzmək. Bu dövrdə biotok vermək olmaz. Baş şişləri daxildə əgər bəd xassəli deyilsə, onda mumiyalar, soklar və biotokla müalicə etmək olar.

 
                                            Əsəb xəstəliyinin diaqnozu.
Əsəb xəstəsliyi adətən uzun müddətli, sistematik əsə bləşmədən, ya stresdən , qorxudan və travmalardan yaranır. Bu xəstəlik adətən özünü sol tərəfdə sinənin üzərində olan əzələ sahəsində, sinir mərkəzində spazmatik olaraq göstərir. Bu sonradan təsirini ürəyə göstərərək onda dəyişiklik etməyə çalışır. Bundan da ürəkdə taxikardiya, aitmiya, ürək çatışmamazliği yaranır. Əgər müalicə olunmazsa: ürəyin kəskin çatışmamazlığı və nəhayət davam edərsə, infarkt keçirə bilir. Hansı ki, ürək sağlam vəziyyətdən xəstə vəziyyətə keçir. Çox vaxt səhv olaraq ürəyin özünü müalicə edirlər və effektsiz olur. Bunun üçün ürəyi yox əsas səbəb olan sinir sistemini müalicə etmək lazımdır. Başqa halda isə nevroz bronxun sinirlərinə təsir edir. Nəticədə ağ ciyər çatışmamazlığı baş verir. Bu zaman ağ ciyərin müalicəsi də effekt vermir. Əgər bu uzun müddət davam edərsə, nəticədə asmatik vəziyyətə gəlib çıxır. Bu zaman yenə sinir sistemini müalicə etmək lazımdir. Başqa halda nevrozun təsiri kürəyə vuraraq kürək əzələlərində spazmatik proses yaradır. Nəticədə kürəkdə tez-tez damarlarda sıxılma baş verir. Bunu da müalicə etmək üçün sinir sistemini müalicə etmək lazımdir. Nevrozun başqa bir əlaməti də başla bağlıdır. Bu zaman başda spazmatik prosesdən beyin qidalanmasının çatışmazlığı yaranır. Bu vaxt yüngül nevroz, bəzən beyində güclü sıxılma, baş ağrıları, göz zəifliyi, qulaqlarda səs, yaddaşsızlıq yaranır. Bütün bunları müalicə etmək üçün əsəbi müalicə etmək lazımdır. Müalicə uzanarsa ağri ayaqlara təsir edir. Ona görə də müalicəni kompleks aparmaq lazımdır. Bura daxildir: sakitləşdirici otların dəmlənməsi, nanə, yarpız, nastoykalar, pion nastoykası və valerian. Çox effekt verir xvoynu vannalar, nanə, yarpız, kəklik otu vannaları, yüngül massaj əsəb göstəricilərini aktivləşdirir və sakitləşdirir. Qidalanmaq üçün, arı məhsulları, subtropik meyvələr və biotokla müalicə lazımdır. Əgər bu gərginlik hər hansı sahədə yaranırsa deməli nevroloji gərginlik həmin sahələrdə sinir xəstəlikləri yaradır.

                             Qara ciyərin diaqnozu və müalicəsi.  


Qara ciyər bədənin əsas orqanlarından biri və labarotoriyasıdı. Bədənə daxil olan bütün maddələrə reaksiya verir. Eyni zamanda bütün orqanlarla funksional bağlıdı. Ona görə hər hansı xəstəliklə müraciyyət edən xəstələrin qara ciyərini yoxlamaq lazımdır. Qara ciyərin əsas xəstəlikləri, qara ciyərin soyuqlamasi, bərkiməsi, şişməsi, öd kisəsinin nasazlığı, qara ciyər serrozu və sairələri aşkara çıxarmaqla yanaşı o biri orqanları da araşdırırıq. Qara ciyərdən ürək funksiyasının dəyişkənliyi, 12 barmaq bağırsağın qastriti, mədə bağırsaq xəstəliyi yaranır. Qara ciyərdən baş ağrıları və miqren, böyrək sıxılması və sair baş verir. Bu halda bədənin kompleks müalicəsini aparırıq. Bunları aşkar etmək üçün xəstə ya aparatdan , tibbi analizdən keçməli, ya da biotokla yoxlayarkən, həmin sahələrdə gərginlik olmalıdır. Bu özünü qabarıq sahə şəklində göstərir. Qara ciyərin istənilən xəstəliyi biotokla sağalır. Qara ciyərin təmizlənməsi üçün otlardan, və yaxud təbii müalicəvi qida əlavələrindən istifadə etmək lazımdir. Bununla bərabər vitaminlərdən B qrupu öd kisəsində daşın yaranmasının qarşısını alır. Müalicə vaxtı bəhməzdən istifadə çox gözəl effekt verir. Biotokla qara ciyər açılır.

                      Dalağın diaqnostikasi və müalicəsi.
Dalağ bədəndə çox incə və dözümlü orqandır. Əsasən soyuqdəymədən xəstələnir. Dalağın xəstəliyi uzun müddət ağrısız və gizli gedir. O ağrıyırsa deməli artıq kəskin xəstəlik və şişkin vəziyyətdədir. Dalağın xəstəliyi gizli olaraq orqanizmin müxtəlif sahələrinə güclü mənfi təsir göstərir. Məhz qara ciyərdə qanın tərkibini çirkləndirir, gemoqlobinin aşağı düşməsinə təsir edir, mədəaltı vəzə, mədənin həzminə təsir edir, və nəhayət bağırsaqların işləməsinə gizli təsir edir. Hətta oynaqlarda revmatizm xəstəliyinin yaranmasına səbəb olur. Dalağın xəstəliyini təin etmək üçün sol tərəfdə qoltuq altından, qabırğanın sonuna qədər energetik gərginliyi əlimizlə yoxlayırıq və eyni zamanda həmin hissənin arxa divarının da enegetik gərginliyini əlimizlə
yoxlayırıq. Əgər hər iki tərəfdə qabarıq gərginlik hiss etsək deməli dalaq bütün həcmi üzrə soyuqlayıb və xroniki xəstədir. Əgər bu divardan yalnız birində energetik gərginlik özünü göstərərsə onda dalağın xəstəliyi tam həcmi üzrə deyil, yüngüldür və xroniki deyil. Onda onun xəstəliyi daha tez müalicə olur. Dalağın bütün bu xəstəliklərdən əsas müalicə olaraq bioenerjini götürürük. Bioenerji ilə müalicə 10-gündən 20-gün-arasında bir gündən bir müalicə edilir. Bununla yanaşı mütləq otlardan təmizləyici kimi, vitaminlərdən qidalandırıcı kimi və bal məhsullarından həm qida həm təmizlayici kimi istifadə edilir. Əsasən səhərlər qaçış vaxti dalaq və qa ra ciyərlərdə sancılar baş verir. Bu çatışmamazlıqları uşaqlarda boyun inkişafına çox güclü əks təsir edir. Bunu aradan qaldırmaq üçün bioenerji ilə təsir etmək olar.


                               Mədə altı vəzin diaqnostikası və müalicəsi.


Mədəaltı vəz endokrin sisteminə daxil olub bədəndə maddələr mübadiləsinin getməsində çox böyük rol oynayır. Mədəaltı vəz əsasən sinir çatışmamazlığından xəstələnir. Bəzən isə irsi olaraq xəstəlik gəlir. Çox az hallarda soyuqlama nəticəsində baş verir. Bütün bu çatışmamazlıqlar adətən mədəaltı vəzdən çətin çıxır. Nəticədə kəskin xroniki halda insulin çatışmamazlığı yaranır. Bu da şəkər xəstəliyinə gətirib çıxarır. Bütün bunları aradan qaldırmaq üçün biotok ən güclü vasitədir. Mədəaltı vəzin xəstəliyi mədəyə, qara ciyərə, dalağa və s. ən çox mənfi təsir edən üzvdür. O ürəyin fəaliyyətini də poza bilər. Ona görə də bütün xəstəliklərdə kompleks müalicə və diaqnostika mütləq lazımdır. Kompleks müalicə bizə yüksək nəticə almağa imkan verir. Hər bir insan bədənini kimyəvi dərmanlarla deyil biotok və təbii müalicə, qida əlavələri vasitəsi ilə daha tez müalicə edə bilər. Bu nəticələr möcüzə deyil, elmi əsasda olan müalicədir.
Xəstəliyin genetik və ya sonradan yaranmasının təyini.
Hər hansı bir xəstəliyin genetik olduğunu təyin etmək üçün həmin xəstəliklə bağlı olan orqanı və onun mərkəzi beyin sahəsini eyni zamanda həmin orqanla bağlı olan digər orqanların diaqnozunu aparırırq. Bunu əsasən biotokla yerinə yetiririk. Nəticədə yoxladığımız orqan onunla bağlı olan orqanlar və eyni zamanda mərkəzi beyində heç bir xəstəlik aşkar olunmursa bu zaman həmin çatışmamazlıq genetik xəstəlik hesab edilir. Əks halda əgər xəstəliklər ortaya çıxarsa bu çatışmamazlıq sonradan yaranan xəstəlik hesab olunur. Hətta indi bal əsasında olan qidalarımız onun tərkibində olan əsasən arı südünün genetik xəstəliyi götürmək üçün istifadə etmək olar.
Genetik xəstəlikdə biotokun rolu.
Genetik xəstəliyin proqramı hər bir proses üçün gendə bioenerji sahəsi əsasında yazılmış olur, onun əsasında daşınır, ötürülür və onun əsasında yerinə yetirilir. Bu tam bir kompleks proqramdır. Lakin genetik xəstəliyi yaradan proqram qısa və energetik cəhətdən fərqli olaraq ora daxil olmuşdur. Maraqlı budur ki, bizim bioenerji sahəsi vasitəsilə bədəndəki: sonradan daxil olan informasiyaların silinməsi asan olur. Çünki onun proqramı və enerjisi ilahi proqramın enerjisindən tamamilə fərqlidir. Genetik proqramla Allah tərəfindən verilmiş enerjini silmək olmur. Insanlar neçə milyon illər ərzində dəyişməz qalır. Bədəndə işləyən bütün orqanların proqramı Allah tərəfindən verilmiş və dəyişməzdir.

                          Mədənin diaqnostikası və müalicəsi.
Mədə insan orqanizminin ən əsas üzvüdür və başqa orqanlarla sıx əlaqədədir. əsasən mədənin xəstəliyi insanın sinir sistemi ilə bağlı olaraq mədə şirəsinin düzgün ifraz olunması və mədənin özünün sinirinin normal vəziyyətdə olmaması nəticəsində yaranır. Məsələn: mədədə spazma. Bu zaman çox vaxt mədə divarının qızarması, qastrit və pis halda yazva əmələ gəlir. Bunu aşkara çıxarmaq üçün mütləq xəstə aparatlardan keçməlidir. Biotokla əl ilə yoxlama zamanı isə biz mədədə energetik qabarma hiss edirik. Bunu müalicə etmək üçün ən güclü vasitə birinci olaraq bioenerjidir. Bu zaman biz xəstəni diaqnoz edib onun nevroloji gərginliyini aşkar edirik, əsasən bu gərginliyi yaradan mərkəzi müalicə edirik. Sol sinə üstündə olan nevroloji sinir və başda olan sinirləri bioenerji ilə müalicə edirik. Mədə az hallarda soyuqlama nəticəsində xəstələnir. Bu zaman mədənin özünü energetik aktivləşdirmək lazımdır. Ancaq çox halda mədə xəstəliyinin səbəbi gizli şəkildə qara ciyər, öd kisəsi xəstəliyindən yaranır. Öd kisəsindəki kanalın hər hansı biri soyuqlayarsa ödün axmasını dayandırır. Və öd kisəyə yığılıb daşır və mədə yarasına gətirib çixarır. Bunu aradan qaldırmaq üçün öd kisəsi və qara ciyər müalicə olunmalıdır. Ən səmərəli gözəl müalicə biotokladır. Onunla yanaşı hər səhər ac qarına bir çay qaşığı zeytun yağı (10-12 gün) qəbul et gündə 2-3 dəfə, sonra solmaz çiçəyi çay kimi dəmləyib iç və nəhayət yaxşılaşarsa tut bəhməzi( hər səhər ac qarına bir çay qaşığı, suya da qatmaq olar). Hər 6 aydan bir bu proseduranı qəbul etmək lazımdır. Bununla yanaşı təmiz bal(1 xörək qaşığı suya qatıb içmək) yarim stəkan. Bal su ilə birlikdə mədədə, 12 barmaq bağırsaqda və nəhayət qanda olan ödü parçalayır. Bununla yanaşı vitaminlər və otlardan da istifadə etmək olar. Mədənin bu xəstəliyi zamanı başqa orqanlara düşən gərginliyi götürmək üçün qalan hallarda mədə spirtli içkilərin qəbulundan və nikotinin təsirindən xəstələnə bilər. xüsusi hallarda soyuq mayelərin qəbulu zamanı mədənin xəstələnməsi baş verir. Bu da mədədə yaranan xəstəliyin aradan qaldırılmasına mane olur və hüceyrələrin funksiyası pozulur.

                     Öd kisəsinin diaqnostikası və müalicəsi.
Öd kisəsi həzm sistemində çox böyük rol oynayır və ödün normal sızması çox vacib məsələdir. Lakin təəsüflər olsunki bu proses yüngül soyuqlamaların təsirindən pozula bilər. Yəni öd kisəsinin yolunun soyuqlaması zamanı onun kanalının daxilində divarının şişkinləşməsi zamanı-öd kisəsi daralır və ödün sızması çətinləşir. Öd kisəsi dolmağa başlayır və insan uzanmış halda o tərəf bu tərəfə hərəkət edərkən: artıq yığılmış öd mayesi təziqi nəticəsində dar kanaldan axmağa məcbur olur. Bu normadan artıq axan öddür. Bu zaman 12 barmaq bağırsağın sancması, qarin ağrısı və qarın getməsi baş verir. Bəzən isə bağırsaqları aktiv olmayan və dolu olan insanlarda, 12 barmaq bağırsaqda artıq tökülmüş öd uzun müddət qalmalı olur. Ödün uzun müddət qaldığı üçün 12 barmaq bağırsaq reaksiya verir, mədəyə təsir edir, mədənin həzmini dayandırır, mədə vəzə təsir edir və nəhayət ürəyə təsir edir. Ürəydə döyüntülər artır. Eyni zamanda qanın tərkibinə keçən ödün miqdarı artır. Bu zaman o həm ürəyə təsir edir, həm də böyrəyin fəaliyyətini gərginləşdirir. Çünki böyrək qanın tərkibində olan bu artıq ödü ayıraraq sidiklə axıtmalıdır. Ikinci 12 barmaq bağırsaqda yığılmış artıq öd, mədə keçidində boşluq varsa oradan mədəyə keçir. Bu zaman ən yaxşı halda həzm pisləşir, mədə qıcqırması baş verir. Əgər ödün miqdarı çox olarsa mədədə kəskin ağrılar baş verir və qusmalar ola bilər. Bu vaxt mütləq mədə yuyulmalı və bağırsaq klizma edilməlidir. Ümumiyyətlə öd kisəsinin özü, qara ciyərin bir tərəfi soyuqlayıb xroniki vəziyyətə keçərsə, öd kisəsində xəstəlik və çatışmamazlıq yaranır. Lakin bu zaman əvvəlkindən fərqli olaraq qara ciyərin ön hissəsində, aşağı ətraf və öd kisəsinin özündə ağrılar özünü göstərir. Bunu da dediyimiz qaydada müalicə edirik. Lakin təəssüf ki, qara ciyər və öd kisəsi birlikdə bütöv soyuqlamaya məruz qalır. Bu xroniki olduqda öd kisəsinin vəziyyəti pisləşir və onu müalicə etmək üçün qara ciyəri bütövlükdə müalicə etmək lazımdır. Bu müalicəni etmək üçün əvvəlki müalicə bir neçə kurs təkrar olunmalıdır. Bu altı aydan bir təkrar olunur. Bu xəstəliyin ən xoşagəlmiyən vəziyyəti öd kisəsində daşlaşmadır. Deməli öd kisəsində daşlaşmaya səbəb qara ciyər çatışmamazlığıdır. Müalicə zamanı təmizlənmiş qum və daşın yenidən yarnması üçün mütləq qara ciyər hüceyrəsinin funksiyaları bərpa olunmalıdır. Bunun üçn əvvəlki müalicə ilə yanaşı B qrupu vitaminlərini vermək lazımdır.

                             Böyrək , oynaq və bədən duzlarının təmizlənməsi .
Böyrək əsasən soyuqlama nəticəsində xəstələnir və gizli şəkildə xroniki xəstəliyə keçir. Bu dövrdən sonra onda ağrılar ortaya çıxır. Bu dövr altı aydan 3-5 ilə qədər çəkə bilər. böyrəyin xəstəliyi nəticəsində qanı əlavə çöküntülərdən təmizləyə bilmir. Getdikcə qanda çirklənmə gedir və eyni zamanda duzlar sistematik atıla bilmir. Nəticədə həmin duzlar bədənin passiv sahələrində çöküntü verir. Nəticədə duz kristalları yaranır. Bu əsasən böyrəyin özündə, bədəndə, oynaqlarda özünü göstərir. Kristallaşmış duzun bədəndən təmizlənməsi üçün mütləq duz maye halına keçməlidir. Bunun üçün yüksək bioenerji tələb olunur. Bunu bədən özü adi energetik rejimdə verə bilmir. Ona görə də bu bioenerji kənardan tələb olunur. Bioenerji yeganə enerjidir ki, onun fiziki təbiəti imkan verir ki, duz kristallarını energetik nöqteyi nəzərdən yükləsin, yəni duz kristalları parçalanaraq ionlara çevrilsin. Biz bilirik ki, yüklü ionlar kristal zərrəciyi kimi sərbəst olub digər zərrəciyə birləşmir və nəticədə bu zərrəciklər bədəndəki mayenin tərkibinə asanlıqla daxil olur və çox asan şəkildə hərəkət edə bilir və həmin mayenin daxilində hərəkət edir və danışır. Bu zaman bu mayelərlə asanlıqla qana daxil ola bilir və qanın daxilində daşına bilir və böyrəklərə keçib sidik kisəsi vasitasi ilə xaricə axır. Ikinci yol isə vannalar vasitəsiylə ionlaşmış duzun bədəndəki hüceyrələr arası məsamələrdən və tər vasitəsilə xaric olur. Bu proses böyrəyin işini yüngülləşdirir. Böyrəkdə proses aylarla uzanarsa, vannalar vasitəsilə 10-15 günə yerinə yetir. Bu vannalar iki formada olur. Birinci forma: ayaqlar dizə qədər vannaya qoyulur. Biz adətən bunu bədəninin duzu az olan xəstələrə bir də qış aylarında havaların soyuduğu vaxt təyin edirik. 3-4 bir təyin edirik. Bu vannalar 3-5 dəfə kifayət edər. bəzən isə bədəndə duz həddən artıq olarsa, həmin xəstələrə böyük vannalar təyin edirk. Belə vannalar adətən yay aylarında təyin edilir. Bədəndə duz olan xəstənin müalicəsi vaxtı əgər ona vanna təyin etməsək, xəstənin müalicə vaxtı halı pisləşə bilər. Buna səbəb bədəndə çoxlu duzun birdən birə mayeləşib ürəyə və böyrəyə ağırlıq verə bilər. Qan təzyiqi arta bilər. ona görə də duzu çox olan adamları diaqnoz edərkən diqqət vermək lazımdır. Xəstənin yaşını, böyrəyinin sağlamlığını, qan təzyiqini və ürəyin sağlamlığını bilmək vacibdir. Qan təzyiqi olan adamlarla bunu ehtiyatlı etmək lazımdır. Bununla bərabər bədəndəki duzları çıxarmaq üşün xəstəyə vanna təyin etməliyik. Bu vannalar adi sudan başlayaraq, pörtülmüş kələmin suyu ilə birlikdə vanna təyin edirik. Bu bir neçə kiloqram kələm (4-5 kq) və otlardan ibarət ola bilər. Bu duzun bədəndən daha aktiv çıxmasına kömək edir və eyni zamanda bədəndə olan soyuqdəyməni çox gözəl götürür. Ağır duzlar bədəndən asan, yüngül duzlar isə çətin çıxır. Bütün bunlara baxmayaraq bu hələ xəstələrin tam sağalması demək deyil. Biz duzlaşmanı yaradan orqanın xəstəliyini müalicə etməliyik. Bu xəstəlik böyrəklərin xroniki soyuqlamasıdır. Bu səbəbi müalicə edərkən biz gələcəkdə həmin xəstədə duzun yenidən yaranmasının qarşısını alırıq.

Böyrəklərin diaqnostikası və müalicəsi.
Böyrəklərin xəstəliyi əsasən soyuqlama nəticəsində yaranır. Böyrək öz xəstəliyini əsasən uzun müddət gizli saxlayır. Yəni xəstəliyin ilk günlərində ağrılar müşahidə olunmur. Bu xəstəliyin ağırlığından asılı olaraq 6 aydan bir ən azı, 3-5il isə ən uzun dövürdə göstərir. Artıq ağrılar ortaya çıxanda xəstəliyin kökü dərində olur. Bu xəstəliyi əl ilə diaqnoz edərkən böyrəkdə güclü energetik gərginlik özünü göstərir. Onu biz böyrəkdə qabarıq şar şəkilində hiss edirik. Bu yalnız soyuqlama zamanı hiss edilir. lakin böyrəyin soyuqlamasından sonra bədəndə bir çox gərgin vəziyyətlər yaranır. Bunlardan birir bədəndə duzlaşmanın yaranmasıdır. Duzlaşma əsasən bədnin az hərəkətdə olan hissələrində yaranır. Sonra ayaqlara keçir, daha sonra sümüklərin səthinə yığılmağa başlayır. Bu əsasən özünü onurğa sütununda, əl barmaqlarında göstərir. Bu duzların təsiri nəticəsində həmin sümüklərə daxil olan sinirlər və kapilyarlar sıxılır. Nəticədə sümüklərdə qidalanma aşağı düşür. Bu zaman əsasən əl və ayaq sümükləri əyilməyə başlayır. Bundan sonrakı etabda isə artıq böyrəklərin özündə duzlaşma yaranır. Bu duzlar tərkibcə müxtəlif ola bilər. yəni sərt kristal şəklində çətin əriyən duzlar və yaxud asan əriyən duzlar ola bilər. adətən asan əriyən duzlar bədəndə nə qədər çox olsada, biotokla qısa müddətdə, 10-15 günə təmizlənir. Lakin sərt duzlar miqdarının az olmasına baxmayaraq əriməsi və təmizlənməsi çətin olur. Böyrəklərin digər xəstələnmə səbəblərindən biri də müəyyən virusların onda kök salmasıdır. Bu zaman böyrəklər özlərində adətən energetik gərginlik göstərmir. Yəni biotok diaqnozu bizə məlumat vermir. Ona görədə ümumiyyətlə orqanları özümüz yoxlamaqla yanaşı xəstələri apartlara və analizə göndərməliyik. Böyrəklərin bu xəstəliyi zamanı hətta labaratoriya analizləri də bir şey göstərə bilmir. Daha doğrusu virus və bakteriyaları yoxlamaq üçün sidiyin əkilməsi vacibdir. O zaman virus və bakteriya müəyyən edilir və hansı antibiotikin tətbiqi gostərilir. Bu cür hallarda biotokla yanaşı antibiotik qəbul edilməlidir. Düzdür bioenergetika bədəni aktivləşdirərək bakteriya və viruslara qarşı qüvvətləndirir. Lakin bədən çox zəif olanda həmin virus və bakteriyalar gizli şəkildə bədəndə qalır və bədəni zəiflədərək onlar aktivləşərək inkişaf edir. Bu cür xəstəlik zamanı bu virus və bakteriyalar əsasən axşamlar aktivləşərək böyrəyi qıcıqlandırır. Və bu zaman böyrək sıxılır, süzmə prosesi dəyişir. Nəticədə əsasən qan təzyiqi gərginliyi yaranır.

Böyrəyin nevroloji gərginliyi.
Böyrək xəstəliyinin sıxılması zamanı böyrəkdə energetik çatışmamazlıq yaranır. Bu da özünü diaqnoz zamanı enerji tələbi kimi göstərir. Yəni əlimizdən enerjini çəkir. Düz olan zamanda enerji sıxını hiss edilir. Ancaq o özünü əldə giziltili şəkildə göstərir. Böyrəyin bu cür xəstəliklərini, bədəni bütövlükdə müalicə etməklə oradan qaldırırıq. Yəni əgər böyrək soyuqlaması varsa, bədən bütünlüklə energetik müalicə olunmalıdır. Əgər duz varsa, eyni zamanda sinir çatışmamazlığı varsa bədənin bütövlükdə nevroloji xəstəliyi müalicə olunmalıdır. Çünki, əgər biz ayrılıqda böyrəyi müalicə etsək, böyrəyə verdiyimiz əlavə enerji bədənin başqa sahələrinin enerji tələblərinə axıb gedəcək. Nəticədə biz xəstəliyi müalicə edə bilməyəcəyik. Müalicə zamanı biz biotokla yanaşı mütləq ot dəmləmələrindən istifadə etməliyik. Bu dəmləmələr əsasən böyrəyin yumşalmasına, genişlənməsinə və onda böyrək yolunda, sidik kisəsində olan iltihabların yumşalıb sidik vasitəsilə asan axıdılmasına şərait yaradır. Eyni zamanda ot dəmləmələrinin təsiri nəticəsində, böyrəkdə olan ağrılarda sakitləşir. Yəni müalicə vaxtı böyrək kəskin ağramır. Bu dəmləmələrin tərkibi: qarğıdalı saçağı və itburnu çiçəyidir. Lakin qan təzyiqi aşağı olan adamlara yalnız qarğıdalı saçağı dəmləməsi vermək lazımdır. Qan təzyiqi yuxarı olan xəstələrə isə itburnu dəmləməsi vermək olar. Bu dəmləməni bir-iki həftə vermək kifayətdir. Gündə iki dəfə çay kimi qəbul edirik. Bütün bunlarla yanaşı biz böyrəyin xəstəliyindən yaranan, qum və daşların olmaması üçün mütləq vitaminlərdən yeni B qurupu vitaminlərindən istifadə edirik. Hər iki çatışmamazlığı aradan qaldırmağla gələcəkdə böyrəklərdə, bədəndə və oynaqlarda duzlaşmanın qarşısını almış oluruq. Eyni zamanda sonradan yarana biləcək daşların qarşısını alarıq.




                      12 barmaq bağırsağın diaqnostikası və müalicəsi.
12 barmaq bağırsaq həzm sistemində çox vacib və incə orqanlardan biridir. Adətən 12 barmaq bağırsağın xəstəliyi ya mədə xəstələnməsi, ya qara ciyər, ya da öd kisəsinin xəstəliyindən əmələ gəlir. Mədə xəstə olarkən onun həzmi düz getmədiyi üçün 12 barmaq bağırsaqda sürtülmə yaranır, nəticədə həzm ağırlaşır və bağırsağın divarında qızartı, qastrit və müəyyən dövrdən sonra yara əmələ gəlir. 12 barmaq bağırsağın diaqnozu zamanı mədənin aşağı hissəsində onun yerləşdiyi yerdə yəni, mədədən 12 barmaq bağırsağa keçid olduğunu bilirik və həmin yerdə energetik gərginlik özünü göstərir. Bu xəstəliyi yaradan səbəbi aşkar etmək üçün mədəni diaqnoz edirik. Əgər mədədə gərginlik varsa, demək o xəstədir. Onunda xəstəliyinin nə ilə bağlı olduğunu araşdırırıq. Sonra qara ciyəri yoxlayırıq. Əgər xəstəlik varsa bu soyuqdəymədən və başqa hallardan ola bilər. Bundan sonra ən vacib öd kisəsi vəzini yoxlayırıq. Əgər vəzdə və öd yollarında soyuqlama varsa bu mütləq 12 barmaq bağırsağa təsir edir və onun sağalmasına təsir edir. Ona görədə onları müəyyən etdikdən sonra biz 12 barmaq bağırsağın müalicəsinə başlayırıq. Adətən yuxarıdakı dediklərimizi yoxlamaq üçün biz bunu biotokla özümüz üçün yoxlayırıq. Ancaq xəstəni aparata da göndərmək lazımdır. Dəqiq aparat təyinatından sonra öz bildiyimiz və hiss etdiyimiz xəstəlikləri biotokla müalicəyə başlayırıq və kompleks şəkildə müalicə aparırıq. Əlavə müalicəyə təbii müalicələrdən: soklar, vitaminlər, otlardan istifadə edirik. Məsələn: hər səhər ac qarına bir xörək qaşığı zeytun yağı içmək. Səhər və axşam bir tabletka mumya qəbul etmək. Təmiz balı yarım stəkan suda bir çay qaşığı olmaqla həll edib, səhər və günorta yeməkdən qabaq içmək. Eyni zamanda otlardan solmaz çiçəyi dəmləyib içmək. Acı, turş, duzlu yeməklərdən imtina etmək. Hər gün yatanda ac qarına bir alma yemək lazımdır. Bundan əlavə vitamin qida əlavələri və yaxud Tyan-şi kampaniyasından xitozan qəbul etmək.

                      Endokirin sistemi.
Endokrin sisteminin xəstəliyi bildiyimiz kimi, qalxanabənzər vəz, mədəaltı vəzin, yumurtalıqlar və prostatların, böyrək üstü vəzin xəstələnməsindən əmələ gəlir. Bunlar arasında funksional bağlılıq olub əsasən bir biri ilə zəncirvari şəkildə bağlıdır. Bu xəstəlik stresdən və qorxudan da yarana bilir. Zaman keşdikcə bundan zob xəstəliyi də əmələ gələ bilir. Amma müalicə edilməzsə bu xəstəlik öz fəaliyyətini dəyişir və müxtəlif xəstəliklərə çevrilir. Əsasən də xəstədə boğulma, təngənəfəslik, ürək ağrısı və sair əmələ gəlir. Ən təhlükəlisi odur ki, bu xəstəlik bütün bədənə öz mənfi təsirini göstərir. Müəyyən zaman keçdikdən sonra bunun təsirindən başqa orqanlar da kəskin xəstələnir. Çünki bu xəstəlik özü bir neçə il gizli xroniki keçir və bununlada bədəndə 250-yə qədər maddələr mübadiləsi pozulur. Deməli bədəndə eyni zamanda özünü zəhərləmə gedir. Bütün bunlar xalq təbabəti yolu ilə asanlıqla aradan çıxır. Ən güclü müalicə isə biotokladı. Biotokla müalicə tez və effektli səmərə verir. Bundan əlavə xəstəyə sink elementi vermək lazımdı. Məsələn: biosink bədəndə 250-yə yaxın maddələr mübadiləsini və onun tarazlığını sistematik şəkildə düzəldir. Əsas məsələ bu sistemin (xəstəliyin) stres və qorxu zamanı xəstələnməsinin açıqlanmasıdır. Bu sistem sinir nöqtəyi nəzərdən çox həssas olduğu üçün stres və qorxu zamanı bu sistemdə sinir sıxılması, tormozlanması baş verir. Nəticədə sinir sistemi zəifləyir və bu vəzlərin hüceyrəsinin siniri zəifləşmiş olur. Bu zaman artıq sistemdə çatışmamazlıq yaranır. Bu uzun müddət davam edəndə bədəndə gedən gizli zəhərlənmə nəticəsində bədənin limfa sisteminə güc düşür. Limfa sisteminin vəzifəsi bədəni daima təmiz saxlamaqdır. Ona görə də limfa sistemi bu gərginlikdən başlayaraq zəifləyir və işləmə qabiliyyətini itirir.
Limfa sistemi yavaş- yavaş şişlərə və limfa sistemində travmaya uğrayır. Bütün bu gərginlik limfa sistemini şişməyə gətirir. Revmatizmi olan uşaqlarda qan damarı şişir. Limfa sisteminin bu cür gərginliyini biotokla müalicə etmək olar. Lakin xəstə bu dövrdə müalicə olunmasa müalicə çətinləşir. Stres keçirən xəstələrin endokrin sistemi yoxlanılmalıdır.

                                      Qalxanabənzər vəzin diaqnostikası və müalicəsi.
Qalxanabənzər vəzi xəstəliyi əsasən əsəbdən, qorxudan və yaxud da stresdən yaranır. Bu xəstəlik uzun müddət əsəbləşmədən yaranır və uzun bir dövrdə bir ildən üç ilə qədər gizli şəkildə gedir. Əsasən boğulma kimi, boğaz, udlaq yolunun daralması kimi, bəzən də ürək çatışmamazlığı və gərginliyi, bəzi hallarda isə nəfəs çatışmazlığı kimi özünü göstərir. Ilk xroniki dövr keçdikdən sonra boğazın qatlanan hissəsində özünü köpmüş kimi göstərir. Bu köpmə xəstəliyin ikinci etapında özünü göstərir. Beləliklə xəstəlik bir neçə il belə davam edərsə, adətən alt hissəsində və yanlarda böyümüş və bərkimiş bir və ya bir neçə vəz ola bilər. Bu xəstəliyin üçüncü dövrüdür. Artıq bu zaman xəstənin vəziyyəti gərginləşir. Bəzən də qanda zəhərlənmə özünü göstərir. Artıq bu dövrdə müalicə özünü çox yüksək effektli göstərə bilmir. Çünki effektin olması üçün həmin vəzlər əriməlidir. Lakin adətən bu etapda onlar ərimir. Ona görədə üçüncü etap ağır olduğu üçün xəstəyə söz vermək lazım deyil. Ancaq birinci ve ikinci etapda zobun müalicəsi çox gözəl effekt verir. Müalicəni əsasən biotokla aparırıq və bütün bədəni müalicə etməklə müalicənin effekti artır. Eyni zamanda müalicə vaxtı mumyadan, biosinkdən, bal məhsullarından, mumyalı baldan, biotokdan qidalardan: karalyok, iran xurması və sair. Əgər xəstə əsəb xəstəsidirsə gündəlik valerian damcısı ac qarına yarım çay qaşığı bir stəkanın ¼-ə qatıb vermək lazımdır. Kəskin halda səhər axşam, adi halda bir dəfədən üç dəfəyə qədər vermək olar.


                                                        Böyrəküstü vəzin müalicəsi.
Böyrküstü vəz endakrin sisteminə daxil olub çox vacib bir orqandır və böyrəyin işləməsində əsas rol oynayır. Çox incə orqandır. Böyrək üstü vəzin xəstəliyi və sinir çatışmamazlığı zamanı böyrəyin fəaliyyəti pozulur və böyrək üstü vəzin də fəaliyyəti pozulur. Buna səbəb adətən əsəb və ya stres olur. Bu problemi aradan qaldırmaq üçün əsəb sistemini müalicə etməklə bərabər böyrək və böyrək üstü vəzi, sinir sistemini müalicə edirik. Bundan başqa böyrək üstü vəzin çatışmamazlığı böyrəyin və ya bütövlükdə bədənin soyuqlaması zamanı yarana bilər. Hər iki halda yaranan xəstəliyi müalicə etmək üçün əsasən biotokdan istifadə edirik. Əlavə olaraq köməkçi məhsullardan: xitozan, biosink, mumya və bal məhsullarından istifadə edirik. Böyrək üstü vəzin diaqnozu zamanı o özünü adətən böyrəkdən nisbətən yuxarı energetik olaraq göstərir. Bəzən biotoku zəif olan onu hiss etmir.

                             Yumurtalıq və prastatların diaqnostikası və müalicəsi
Bu xəstəliyin səbəbi əsasən soyuqdəymədən yaranır. Soyuqdəymənin nəticəsində prostat və yumurtalıq şişkinləşir, fəaliyyəti pozulur. Bu da xroniki olaraq gizli şəkildə xeyli davam edir, əsasən altı aydan bir ilə kimi. Əgər müalicə olmazsa artıq bu-xroniki hala keçir və iltihabı proses yaranır. Bunun da müalicəsi müəyyən qədər çətinləşir. Bu dövrdə biz onu biotokla rahat müalicə edə bilərik. Ona görədə müalicədən qabaq bu sahəni əvvəl xəstə tərəfindən analizlər və apparat yoxlamaları olmalıdır. Bu çox vacibdir. Çünki, bəzən şişkinlik böyük olarsa onun ölçüsü məlum olmalıdır. Əgər fibroma yaranıbsa onun ölçüsü bilinməlidir. Nəhayət yaranan iltihabi proses müəyyən olmalıdır. Mikrob və virusların olub olmaması müəyyən olunmalıdır. Çünki, müalicədən sonra da bu xəstəlik qəflətən yox olmur tədricən sovrulub gedir. Ona görə də xəstələr bəzən ağrıların hələ qaldığını hiss edərkən aparatlara gedirlər. Bütün bunları öyrəndikdən sonra biotokla özümüz üçün yoxlayırıq. Bu vaxt boşluqda hər iki tərəfdə gərginlik hiss edirik. Biotok çox gözəl təsir edir. Sonra əlavə olaraq: mumya, biosink, xitozan və bal məhsulları verilir. Bundan əlavə, prostat və yumurtalığın xəstəliyi sinir sistemi pozulmasından da yaranır. Yəni onların sinirində sıxılma baş verir. Bu zaman həmin orqanların hüceyrələri normal fəaliyyət göstərə bilmir. Bu zaman adətən sonsuzluq yaranır. Buna səbəb ya stres, ya qorxu, bəzən də sistemli şəkildə əsəbi gərginlik səbəb olur. Üçüncü xüsusi bir hal da yaranır. Beyində seksual mərkəzin və yaxud cinsi mərkəzin tormozlanmasına səbəb olur. Onun ən gözəl müalicəsi biotokdur.








Yorum Yaz
Arkadaşların Burada !
Arkadaşların Burada !